Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.02.2017

Qazaxda “Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib

Fevralın 14-də  Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazax rayonu Ağköynək kənd orta məktəbində Qazax rayon Çaylı kənd “Səxavət” məscidi dini icmasının “Məzhəblərarası dialoqda multikulturalizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində “Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Rasim Tağıyev, Qazax RİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Qazax rayon DTX-nın nümayəndəsi Müşfiq Mürsəlov, Qazax rayon prokurorluğunun böyük müstəntiqi Zöhrab Səmədov, Qazax RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi Elçin Qasımov,  QMİ-nin Qazax, Ağstafa və Tovuz rayonları üzrə qazısı İlham Süleymanov və məktəbin müəllim kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Rasim Tağıyev ölkəmizdə zəngin multikulturalizm və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsinin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən  biri olduğunu, ölkəmizin müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq içində, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Digər natiqlər mövzu ilə bağlı məruzələrlə çıxış edərək bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasəti cəmiyyətdə güclü dayaqlara malikdir və multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, xalqımızın həyat tərzinə çevrilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.