Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.12.2017

Qazaxda “Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu” mövzusunda tədbir keçirilib

Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh, həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qazax rayon idarəsinin əməkdaşı Müşviq Mürsəlov, Qazax şəhər “Cümə” məscidinin imamı Zaur Budaqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına dövlət dəstəyindən danışıb. O, bu dəyərlərin qorunmasında İslam dininin də əvəzsiz rolunun olduğunu bildirib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov bu ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsindən bəhs edib. Bildirib ki, bu təşəbbüs bütün müsəlman aləminə vəhdət, həmrəylik çağırışıdır. O, həmçinin qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə çatdırılmasında ailənin rolu böyükdür.
DTX-nin rayon idarəsinin əməkdaşı Müşviq Mürsəlov, Qazax şəhər “Cümə” məscidinin imamı Zaur Budaqov və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.