Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.12.2017

Qazaxda “Gənclərin dini radikalizmdən qorunmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib

Dekabrın 14-də Qazax şəhər “Cümə” məscidi dini icması “İslam sülh,həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Gənclərin dini radikalizmdən qorunmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar işlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov,Qazax şəhər “Cümə” məscidi dini icmasının sədri İlham Süleymanov, Qazax rayon Sosial-iqtisad kollecinin direktor müavini Nicat Göyüşov, QHT rəhbərləri, müəllimlər və tələbələr iştirak ediblər.
Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar işlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov rayondakı dini durum haqqında məlumat verib. DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev isə mövzunun aktuallığından və dini radikalizmin müsəlman ölkələrində yaratdığı fəsadlardan danışıb. Bu problemin qarşısının alınmasında elmin, təhsilin böyük önəm daşıdığını vurğulayıb.