Qazax rayonunda maarifləndirmə tədbiri təşkil olunub
Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qazax rayon Alpout kənd orta məktəbində “Sağlam gənclik naminə dini radikalizmə, erkən nigaha, narkomaniyaya "yox" deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Qazax rayon Prokurorluğunun əməkdaşı Qasım Ağayev, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Zöhrab Arıxbəyli, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğıdan danışıb. Bildirib ki, gənclərin dini radikalizm və narkomaniyadan qorunması üçün onlarda elmə və təhsilə maraq oyatmalı və din düzgün şəkildə çatdırılmalıdır.
Sonra Qazax rayon Prokurorluğunun əməkdaşı Qasım Ağayev erkən nigah və narkomaniyanın fəsadlarından danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



