26.12.2017
Qaxda "Şəhadət" sənədli filmi nümayiş olunub
Dekabrın 26-də Qax şəhər 4 saylı tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş olunub.
Qax Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Qax Rayon Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Səmədov, məktəbin direktoru Soltan Hacıyev və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi dini radikalizmlə mübarizədə böyük əhəmiyyətə malikdir. Qeyd olunub ki, filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.