Qaxda narkomaniya əleyhinə maarifləndirmə tədbiri təşkil olunub
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon Polis Şöbəsi (RPŞ) və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi Əkbər İbrahimov, məktəbin direktoru Rasim Çələbiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı narkomaniyanın, zərərli vərdişlərin insan sağlamlığı üçün təhdid olduğu bildirib. Dini radikalizmin, dini ekstremizmin yaranma səbəbləri və onun cəmiyyətdə formalaşdırdığı mənfi təzahürlərindən söhbət açılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

