Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.08.2021

Qaxda “Milli dövlətçiliyimizin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn seminar keçirilib

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonunda “Milli dövlətçiliyimizin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu”  mövzusunda  onlayn seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin əməkdaşı Dinarə Əfəndiyeva, rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Sahib Həsənli, dini icma sədrləri və gənclər  iştirak ediblər.

Çıxışlar zamanı milli dövlətçiliyimizin, milli kimliyimizin formalaşmasında və möhkəmlənməsində milli-mənəvi dəyərlərin oynadığı əhəmiyyətli rolun önəmi vurğulanıb. Azərbaycanın müasir tarixində Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və onların yaşadılması istiqamətində görülən çoxşaxəli işlərdən danışılıb.

Daha sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.