Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.05.2019

Qaxda maarifləndirmə tədbiri keçirilib

Mayın 1-də Qax  Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Təhsil şöbəsinin təşkilatçılığı ilə  Qax rayonunun Güllük kənd tam orta məktəbində “Milli mənəvi dəyərlərimiz və gənclərimiz” mövzusunda dini maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala  bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Güllük kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Xatın, təçkilatçı müavin Aytəkin Musayeva, məktəbin uşaq təşkilati birliyinin rəhbəri Afət Hudulova və şagirdlər  iştirak ediblər.

Tədbiri Güllük kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xatın Vəliyeva giriş sözü ilə açıb.

DQİDK-nın Zaqatala  bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov  milli-mənəvi dəyərlərimizdən bəhs edib. Dini radikalizmin milli-mənəvi dəyərlərimizə, dinimizə  vurduğu zərbə haqqında məlumat verib.

Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.