Qaxda “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir baş tutub
Mayın 31-də Qax rayonu Zəyəm kənd tam orta məktəbində Qax Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Qax rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Zəyəm kənd tam orta məktəbinin direktor müavinləri Müslüm Abdurahmanlı və Gözəl Abdullayeva, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zəyəm kənd tam orta məktəbinin direktor müavini Müslüm Abdurahmanlı mövzunun əhəmiyyətindən danışıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov dini radikalizmin yaranma səbəblərindən bəhs edib, dini radikalizmlə mübarizədə təhsilin və milli-mənəvi dəyərlərin əhəmiyyətini vurğulayıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara dini maarifləndirici ədəbiyyatlar paylanılıb.