Qaxda “Dəyərlərimiz gənclərin gözü ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 13-də Qax Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qax rayonu Zərnə kənd tam orta məktəbində “Dəyərlərimiz gənclərin gözü ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Muradov, Zərnə kənd tam orta məktəbinin direktoru Tamella İsmayılova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Məktəbin direktoru Tamella İsmayılova çıxışında gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən danışıb.
Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov islamofobiya, dini ekstremizmin yaratdığı fəsadlardan danışaraq bildirib ki, gənclərimizin savadlı olması, geniş dünyagörüşünə malik olmaları yuxarıda sadalanan mənfi halların qarşısının alınmasında və sağlam gəncliyin formalaşmasında önəmli faktordur.
Sonda şagird və müəllimlər mövzu ətrafında fikirlərini bildirib və onları maraqlandıran suallar cavablandırılıb.
