Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.01.2021

Qaxda 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax  Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qax rayon Qazılığının birgə təşkilatçılığı ilə 2020-ci ilin yekunları və   qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, QMİ-nin Qax rayon üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı  dünyada bütün sahələrdə durğunluğa səbəb olan, insan həyatı üçün təhlükəli koronavirus pandemiyası və həmçinin 2020-ci ildə hər birimiz üçün önəmli qürur yeri olan, şərəflə dolu  44 günlük  Vətən müharibəsindəki Qələbə ilə bağlı söhbət aparılıb.

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına əməl edilməsinin vacibliyi bir daha qeyd edilib, karantin dövründə rayon məscidlərində, kilsələrdə və ziyarətgahlarda, dəfn mərasimlərində neqativ halların qeydə alınmadığı vurğulanıb.

Sonda tədbir iştirakçılarının mövzu ətrafında  fikirləri dinlənilib və 2021-ci il üçün qarşıda  duran vəzifələr müzakirə olunub.