03.02.2017
Qax rayonunda “İslamda birgəyaşayış ənənəsi” adlı layihə uğurla icra olunur
Fevralın 3-də Qax şəhər məscidi dini icmasının dini maarifləndirmə və milli-mənəvi dəyərləri təbliği işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” adlı layihəsinin “Möminlər qardaşdırlar” mövzusunda tədbiri baş tutub.
Qeyd edək ki, bu layihə tədbirləri 27 noyabr 2014-ci il tarixində cənab Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərləri təbliği işinin daha da gücləndirilməsi məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, QMİ-nin rayondakı axundu Hacı Novruz Sadıqov və rayon üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov açaraq rayondakı birgəyaşayış mühiti haqqında tədbir iştirakçılarına ümumi məlumat verib. Daha sonra QMİ-nin rayondakı axundu Hacı Novruz Sadıqov çıxış edərək ölkəmizdə tarixən formalaşmış birgəyaşayış mühiti barədə danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı məruzəsində İslam dini, dinimizdə müsəlmanların qardaşlığının nə demək olması barədə nitq söyləyib.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və dini maarifləndirici kitablar sərgilənib.