Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.04.2017

Qaradağ rayonunda yerləşən 106 saylı tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub

Aprelin 12-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Qaradağ rayonunda yerləşən 106 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, məktəbin direktoru Təranə Qasımova, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, Qaradağ rayonunda yerləşən digər məktəblərin birlik rəhbərləri, psixoloqları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru T.Qasımova təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlərə sadiq və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayıb.
Geniş məruzə ilə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev İslam həmrəyliyinin dini radikalizm və ekstremizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb etdiyini dinləyicilərin diqqətinə çatdırıb. Radikalizmin böyük mənəvi və ictimai fəsadlarının olduğunu deyən natiq maarifləndirmənin gənclər arasında müsbət nəticələr verdiyini bildirib.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov dini radikalizmlə hüquqi-inzibati müstəvidə mübarizə haqqında geniş məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb.