06.10.2015
Qaradağ rayonunda “Dini radikalizm və onun zərərləri” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Bakıda və regionlarda tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən “Gənclərin dini radikalizmdən qorunması” layihəsi çərçivəsində oktyabrın 6-da “Dini radikalizm və onun zərərləri” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Qaradağ rayonu Lökbatan qəsəbə məscidində keçirilmiş tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Məlikov dini radikalizmin tarixi kökləri və onun ictimai münasibətlərə və milli-mənəvi dəyərlərimizə zərərlərindən danışıb. Daha sonra Lökbatan qəsəbə məscidi dini icmasının sədri F.Əhmədov və qəsəbə ziyalıları layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Dövlət Komitəsinə öz minnətdarlıqlarını bildirib, mövzu ilə bağlı öz fikirlərini qeyd ediblər.