Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.03.2015

Qaradağ rayonu Polis İdarəsində görüş keçirilib

Martın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Bakı şəhəri Qaradağ rayonu Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti ilə görüşmüşdür.
Sədr müavini ölkədəki, o cümlədən Qaradağ rayonu ərazisindəki dini durum, radikal dini cərəyanlara qarşı mübarizə çərçivəsində görülən işlər, maarifləndirmə tədbirləri barədə məlumat vermişdir.
Dini radikalizmə qarşı keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə qarşılıqlı əlaqələrin gücləndirilməsi və məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində görüşlərin mütəmadi olaraq davam etdirililməsi razılaşdırılmışdır.
Görüşdə Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalahov Dövlət Komitəsinin  Qaradağ rayonu ərazisində apardığı maarifçilik işi  və dini icmalarla səmərəli fəaliyyətini yüksək qiymətləndirərək  Dövlət Komitəsinin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.