Artıq 20 ildən çoxdur ki, Ermənistanın təcavüzü nəticəsində ölkəmizin 20 faizdən çox ərazisi işğal altındadır. Düşmən tapdağında olan torpaqlarımızda milli-mənəvi dəyərlərimiz də təcavüzə məruz qalıb. Dini abidələrimiz dağıdılıb, hətta bir çox məscidlərimiz ermənilər tərəfindən təhqir edilib. Ulularımızın narahat ruhunun dolaşdığı işğala məruz qalmış torpaqlarımızda illərdir ki, azan səsi belə eşidilmir.
Ermənilərin xalqımıza qarşı törətdiyi, əsrin faciəsi kimi tarixə düşən Xocalı soyqırımı ərəfəsində vaxtı ilə Ağdam “Cümə” məscidindən verilmiş azanın yenidən səsləndirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirmək niyyətindəyik.
Odur ki, haqq səsimizin Qarabağda – düşmən tapdağında olan torpaqlarımızda eşidilməsi üçün 22 fevral 2013-cü il də Ağdama getməyi və orada adıçəkilən azanı təmas xəttinin yaxınlığında olan məscidlərdən birində səsləndirməyi planlaşdırırıq. Tədbir Dövlət Komitəsinin təşəbbüsü, Xoclıya Ədalət beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birgə həyata keçiriləcəkdir.