Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2021

Qarabağ bögəsində "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn tədbirlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi rayon icra hakimiyyətləri ilə birgə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn formatda tədbirlər keçirib. Belə ki, mayın 20-də Laçın Rayon İcra Hakimiyyəti, 21-də Füzuli Rayon İcra Hakimiyyəti, 25-də Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam Sosial-İqtisad Kollecinin birgə təşkilatçılığı, eləcə də mayın 26-da Ağcabədi Rayon İcra Hakimiyyəti, ADPU-nun Ağcabədi filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və şöbənin əməkdaşları, rayon icra hakimiyyətlərinin nümayəndələri, müəllimlər, tələbələr, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verilib. Məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün  cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs edilib.