Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.10.2014

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması və Aşura mərasimi ilə əlaqədar fətva verib.
Fətva QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə elan olunub. Dua oxunduqdan sonra şeyxülislam A.Paşazadə Aşura günü haqqında danışıb. Diqqətə çatdırılıb ki, din xadimlərinə və yerlərdə ibadətxanaların başçılarına Allahın kəlamını çatdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifə tapşırılıb. Həmin vəzifəyə ciddi yanaşmaq, diqqətli olmaq lazımdır. Qeyri-mütəşəkkil yürüşlər təşkil etmək, özünə əziyyət vermək, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil. Artıq uzun illərdir Qafqaz     Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyası təşkil edir. Şeyxülislam insanları bir çox xəstələrin həyatını xilas etməyə imkan verən bu nəcib ənənəni davam etdirməyə çağırıb.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb, Azərbaycanda dövlət-din münasibətlərinin normal məcrada inkişaf etdiyini bildirib.
Sonra QMİ Qazılar Şurasının fətvası oxunub. Fətvada bildirilir ki, Hicri təqvimi ilə yeni 1436-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabrın 26-na, Aşura günü isə noyabrın 4-nə təsadüf edir.
Fətvada Kərbəla şəhidlərinin xatirəsinin anıldığı matəm günləri ilə əlaqədar bütün dindarlara dərin hüznlə başsağlığı verilir, matəm mərasimlərini imam Hüseynin adına layiq şəkildə keçirmək tövsiyə olunur. Bildirilir ki, Aşura mərasimləri ictimai asayişə riayət edərək və dinin qanunlarına uyğun olaraq məscidlərdə, ibadət ocaqlarında keçirilməlidir.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm mömin qardaş və bacılarımız! Hicri-qəməri təqvimi ilə 1435-ci il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1436-cı ilin başlanğıcı təqvimlə 2014-cü il oktyabr a ayının 26-na təsadüf edir.
Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadagan olunduğu aylardan biri olmasına baxmayaraq Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olmuşdur. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Məhərrəm ayının 10-u – Aşura günü 2014-cü il noyabr ayının 4-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinəxəsarət yetirməməlidirlər.
 on illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinintəşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbiehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarınıntəşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmamHüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər.Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməlidirlər. Dindarlarımız ölkəmizin gün-gündən bölgədə və dünya miqyasındaartan nüfuzunu, din-dövlət münasibətlərinin yüksək səviyyəsini Uca Allahın Lütfü kimi dəyərləndirirlər. Onlar bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Dövlət başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualarını əsirgəmirlər. Din xadimlərimiz moizələrində dindarları Allaha xoş gedən bu səyləri daha artıq dəyərləndirməyə, Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar.
 
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
 
 
Bakı şəhəri, 23 oktyabr 2014-cü il