Şriftin ölçüsü:

Saytın rəngi:

04.08.2013

Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alacaq (FOTO)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikası Alban-udi xristian icmasının təşkilatçıılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində “On il dirçəlişdə” adlı bayram tədbiri keçirilib. Tədbir Alban-udi kilsəsinin dirçəlişinin 10 illiyinə və Qafqaz Albaniyasında xistianlığın rəsmi dövlət dini qəbul edilməsinin 1700 illiyinə həsr olunub.

Qəsəbənin Müqəddəs Yelisey adına Cotari Kilisəsində keçirilən tədbirdə çıxış edən Alban-udi xristian icmasının sədri Robert Mobili bilidirb ki, 170 il bundan əvvəl Rusiya çarı tərəfindən Alban kiləsi Erməni-Qriqorian Kilsəsinin birbaşa tabeliçiyinə verilib. Lakin udilər öz dili, mədəniyyəti və Alban kilsəsinə etiqadını saxlamaq üçün bu tabelçilikdən imtina edərək kilsəyə getməyib ibadətlərini evlərində ediblər. Sovet dövründə isə dini ibadət prosesi müxtəlif təzyiqlər altında səngiyib və kilsələr başqa məqsədlər üçün istifadə olunub. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra udilər bu istiqamətdə müəyyən dirçəlişə nail olublar.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra alban-udi dini icmasının ilk addımı 2003-cü ildə dövlət qeydiyyatından keçməsi olub. Bundan sonra kilsələrin bərpasında və dini ibadətlərin keçirilməsi istiqamətində işlər görülməyə başlayıb. Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunub, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri - Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa olunub və icmanın istifadəsinə verilib. Qəsəbədə Cotari kilsəsindən başqa Göy və Bulun kilsələri də var:

“Udilərin tarixi vətəni Azərbaycandır. Udilər Qafqazda xristianlığı ilk dəfə qəbul edən etnoslardan biridir. Alban çarı Urnayr 313-cü ildə xritianlığı rəsmi dövlət dini kimi elan edib. Bununla qədim Azərbaycan ərazilərində xristianlıq təşəkkül tapmağa başlayıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə tarixi ədalət öz yerini tapdı və Alban-udi kilsəsi bərpa olundu. Bu gün udilər Alban Apostol Avtokefal Kilsəsinin zəngin dini-mədəni irsinin varisləri hesab olunur. Lakin gələcəkdə Azərbaycanda bu kilsənin daha da dirçəlişi üçün əlavə dəstəyə ehtiyacı var.”

İcma sədri qeyd edib ki, hazırda udilərin kompakt şəraitdə yaşadığı Nic qəsəbəsində abadlıq və quruculuq işləri aparılır. Son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bayram tədbirində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini ekspertiza, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdiri Aqil Şirinov qeyd edib ki, Azərbaycan dövləti ölkəmizin ən qədim dini konfessiyalarından biri olan Alban-udi dini icmasına hər zaman dəstək verib və Qafqaz Alban irsinin dünyada tanıdılması üçün bir çox tədbirlər həyata keçirib:

“DQİDK son bir ildə bu irsin tanıdılması üçün bir çox işlər görüb. Bu səpkidə fəaliyyətlər gələcəkdə də davam etdiriləcək. Yaxın gələcəkdə Alban Apostol Avtokefal Kilsəsinin tarixinə həsr olunan kitabın hazırlanması, Qafqaz Albaniyası ilə əlaqədar beynəlxalq səviyyəli konfransın keçirilməsi və YUNESCO səviyyəsində dünyada tanınmış məşhur fotoqraf Rza Diqqətinin alban dini-mədəni abidələrini əks etdirən foto-sərgisinin təşkil olunması planlaşdırılır. ”

Dövlət Komitəsinin şöbə müdirinin sözlərinə görə, Qafqaz Alban Kilsəsinin dünyada Azərbaycana məxsus qədim apostol kilsəsi kimi tanıdılması bu irsin ermənilər tərəfindən məqsədyönlü şəkildə mənimsənilməsinin qarşısını alacaq. Azərbaycan dövlətinin səyləri nəticəsində artıq dünya ictimiayyəti bu qədim kilsənin məhz Azəraycana məxsus olduğu və hal-hazırda onun davamçılarının burada yaşamağa davam etməsi barədə kifayət qədər məlumatlıdır.

Bayram tədbirdə Rusiya Federasiyası Volqoqrad vilayəti udi icmasının sədri professor Riçard Danakari, Gürcüstann Kvareli rayonunda kompakt halda yaşayan udi icmasnın sədri Mamuli Neşumaşvili, Bakı və Azərbaycan Rus Pravoslav Kilsəninin Arxiyepiskopu Aleksandr İşeyin, Katoik Kilsənin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, o cümlədən digər yerli və xarici qonaqlar, eləcə də ölkəmizdə akreditə olan səfirliklərin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsndə “10 il dirçəlişdə” adlı foto-sərgi təşkil olunub. Bundan əlavə, qonaqlara Alban-udi kilsənin tarixini əks etdirən müxtəlif nəşrlər tədim olunub. Bayram tədbiri mədəni proqramla davam edib.

Qeyd edək ki, bu axşam bayram çərçivəsində Azərbaycanda dini tolerantlıq nümunəsi olaraq Cotari Kilisəsinin həyətində qəsəbənin müsəlman icması üçün iftar süfrəsi açılacaq.