Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2018

Prezidentin Sərəncamı uğurla icra olunur

 
Fevralın 23-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan modeli” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Xəzər rayonu Mərdəkan qəsəbə nümayəndəsinin müavini Elçin Məmmədov, Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icmasının sədri Rahim Babayev, Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı Saleh Qafarov və dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri R.Babayev həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. İcma sədri bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm tarixi hadisə olmaqla yanaşı, tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin öz milli-mənəvi dəyərlərinə sadiqliyinin nümayiş etdirilməsi olduğunu bildirib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.