28.03.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Martın 28-də Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına kənd məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Dini radikalizmlə mübarizədə ənənəvi dindarlığın və milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları Ələkbər Quliyev, Elvin İbrahimov, Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına kənd məscidi dini icmasının sədri Zakir Əliyev, icmanın dini ayinlərin icraçısı Ağaverdi Bağırov, kənd bələdiyyə sədri Cəmil Məmmədov, Sabirabad rayon Əsgərbəyli kənd şəhid Murad Hüseynov adına tam orta məktəbin müəllimləri, ziyalılar və kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına kənd məscidi dini icmasının sədri Zakir Əliyev mövzu ətrafinda çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərindən, milli-mənəvi və islami dəyərlərin qorunması, təbliği sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Natiq həmçinin, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında ənənəvi dinin və multikultural dəyərlərin təbliğinin sülhə xidmət etdiyini və insanlar arasında radikalizmə meyillənmə hallarının azalmasına müsbət təsir göstərdiyini bildirib.
Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev İslam dininin insanları həmrəyliyə, birliyə, sülhə çağırdığını bildirib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.