Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.02.2018

Prezidentin Sərəncamı uğurla icra olunur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Quba rayonu Xucbala kənd məscidi dini icmasının təşkilatçılığı ilə Aşağı Atuc kəndində “İslam sülh və tolerantlıq dinidir” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Aqil Əlisoy, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının Aşağı Atuc kənd inzibati dairə üzrə nümayəndəsi Tural Hacıyev, Quba rayonu Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, rayonda həyata keçirilən maarifləndirmə tədbirləri öz müsbət nəticələrini verməkdədir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri birgə, qarşılıqlı anlaşma şəraitində yaşaması ölkəmizdə mövcud olan tolerant şəraitə bariz nümunədir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy Azərbaycanda mövcud olan tolerant mühit haqqında dinləyicilərə geniş məlumat verib. O qeyd edib ki, zəngin mədəni tarixi olan Azərbaycanda hər zaman digər xalqlara, onların dillərinə, mədəniyyətlərinə və dini baxışlarına hörmət hissi aşılanıb.
Quba RİH başçısının Aşağı Atuc kənd inzibati dairə üzrə nümayəndəsi Tural Hacıyev çıxış edərək bildirib ki, maarifləndirmə işinin təşkili vacib amillərdəndir.
İcma sədri Həmdulla Vəliyev çıxışında Azəbaycan dövlətinin dinə və dindara qayğısından bəhs edərək maarifləndirmə işində verilən dəstəyə görə dövlət başçımıza təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.