Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.01.2018

Prezidentin Sərəncamı uğurla icra olunur

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Salyan rayonu Kürsəngi kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi-sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Təhlil və Proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti(RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev,Kürsəngi kənd bələdiyyəsinin sədri Gülbaba Alışov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kürsəngi kənd ərazi nümayəndəsi Tofiq Qarayev, dini icmanın sədri Şəhram Şirinov, dini icma üzvləri, dindarlar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Təhlil və Proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov qeyd edib ki, Azərbaycan multukultural dəyərləri ilə bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da müsəlman dünyasına nümunədir. Bildirib ki,  ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında heç vaxt mənfi hallar baş verməyib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov vurğulayıb ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilir.
Çıxış edən digər natiqlər ölkəmizdə multukultural dəyərlər, həmrəylik, dinlər və mədəniyyətlərarası dialoqla bağlı həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini bildiriblər.