27.12.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Dekabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə rayon Lənbəran kənd “Hacı Həmid” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz əsasında həmrəylik çağırışları” mövzusunda Lənbəran kənd orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Rahib İbrahimov, Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər İmamzadə məscidi dini icmasının sədri Ramazan Hüseynov, Uğurbəyli kənd məscidi din icmasının sədri Səbuhi Hacıyev, Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev başda olmaqla dindarlar və Lənbəran kənd orta məktəbin direktoru Şöhlə Qasımova, məktəbin müəllim və şagirdləri iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov milli-mənəvi dəyərlərimizin təbliğatının vacibliyini, eyni zamanda bu istiqamətdə dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev “İslam Həmrəyliyi İli” ilə əlaqədar 2017-ci ildə bölgədə həyata keçirilənmiş tədbirlər barədə məlumat verib.
Natiq Əfəndiyev bildirib ki, cəmiyyətimiz, xalqımızın yüzilllərdir qoruyub saxladığı dəyərləri yüksək həssaslıqla öyrənməli, gələcək nəslə ötürməlidir. Vurğulayıb ki, məhz belə olan təqdirdə hazırda dünyada nümunə kimi qəbul edilən Azərbaycan tolerantlığı və multikulturalizmi öz mövqeyini daha möhkəmləndirəcəkdir.
Daha sonra Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, kənd orta məktəbin direktoru Şöhlə Qasımova, Bərdə şəhər İmamzadə məscidi dini icmasının sədri Ramazan Hüseynov və Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev çıxış ediblər. Natiqlər çıxışlarında dinə və milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
.jpg)
