Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.12.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Dekabrın 21-də Masallı rayonu Miyankü kənd məscidi dini icması tərəfindən Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbində “İslam dini: sülh və vəhdətə çağırış” adlı layihə çərçivəsində “İslam dəyərləri və mənəvi irsimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Nadir Aslanov adına Miyənkü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov, Miyankü kənd məscidi dini icmasının sədri Sadıx Məmmədov, məktəbin müəllim və yuxarı sinif şagirdləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xudaqulu Tahirov bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən İslami dəyərləri və mənəvi irsimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, gənclərimizi düzgün istiqamətlərə yönəltmək, eləcə də onlara mənəvi tərbiyə aşılamaq vacib prinsiplərdən biridir. Bildirib ki, belə olarsa bəzi radikal qüvvələr özlərinin ideoloji məqsədlərini həyata keçirə bilməz, zərərli dini adətləri ifrat dərəcədə icra etdirməyə nail ola bilməzlər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.