Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Dekabrın 8-də Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi ideyasının rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev, Dadaşbəyli kənd məscidi dini icmasınının dini ayinlərinin icraçısı Elvin Zeynallı, dini icma üzvləri, kənd ziyalıları ağsaqqlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev İslam həmrəyliyinin Azərbaycan nümunəsi haqqında danışıb. Dini icma sədri milli-mənəvi və ənənəvi islami dəyərlərin təbliğinin vacibliyini vurğulayaraq, bu dəyərlərin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətinə toxunub.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyəti olduğunu bildirib. O, həmçinin çıxışında dini radikalizmin, ekstremizmin yaranma, yayılma metodları barədə məlumat verərək, ona qarşı mübarizə üsullarından bəhs edib
Tədbirdə çıxış edən digər natiqlər dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq keçirilib.