08.12.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər dindarları məscidi dini icması tərəfindən “İslam həmrəyliyi ili: həmrəyliyə dəvət və sülhə çağırış” layihəsi çərçivəsində “Müasir dövrdə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda Ağdaş rayonu Səməd Vurğun adına 1 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağdaş şəhər dindarları məscidi dini icmasının sədri Vasib Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşları Əlisa Fərəcov və Fuad Şirinov, Ağdaş RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru-polis baş leytenantı Şəmşir Lətifov və Ağdaş rayonu Səməd Vurğun adına 1 saylı tam orta məktəbin direktorunun müavini Hicran Nəbiyeva, müəllim və şagirdlər iştrak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Hicran Nəbiyeva mövzunun əgəmiyyətindən danışıb. H.Nəbiyeva şagirdlərin bu istiqamətdə maarifləndirilməsinin vacib olduğunu vurğulayıb. Daha sonra mövzu ilə bağlı çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əmədaşı Əlisa Fərəcov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən elan olunan “İslam həmrəyliyi ili” dünyaya ünvanlanmış sülh mesajıdır. Vurğulayıb ki, ölkəmizdəki tolerant və multikultural mühitin dünyada nümunə qəbul edilməsinin İslam həmrəyliyi dəyərlərinin də sürətlə təbliğinə yol açır. Ağdaş şəhər dindarları məscidi dini icmasının sədri Vasib Əhmədov İslam həmrəyliyi dəyərlərinin təbliğatı istiqamətində dini icmaların, din xadimlərinin və cəmiyyətinin hər bir fərdinin böyük səylə çalışmasının vacibliyini qeyd edib. Daha sonra çıxış edən Ağdaş RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru-polis baş leytenantı Şəmşir Lətifov gənclərin, xüsusilə də azyaşlıların dini radikalizmin təsirinə daha asan düşdüklərini vurğulayıb, onlara bu zərərli təsirlərdən qorumaq üçün müvafiq tövsiyyələr verib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
.jpg)
.jpg)
.jpg)