Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.11.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Noyabrın 23-də Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasında “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət KomitəsininÜmumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev, kənd tam orta məktəbinin direktoru Mehman Əkbərov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev mövzunun əhəmiyyətindən danışb.
DQİDK-nın Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirib. Natiq qeyd edib ki, dövlət başçısının bu təşəbbüsü İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə böyük töhfələr verəcək. A. Əliyev onu da vurğulayıb ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycandakı dinlərarası və məzhəblərarası etimad mühiti bütün dünya dövlətləri üçün nümunədir.
DQİDK-nın əməkdaşı dövlət başçısının ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilən tədbirlərin əhəmiyyətini də yüksək qiymətləndirib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov, kənd tam orta məktəbinin direktoru Mehman Əkbərov və başqaları dinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.