Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Üçüncü Tala kənd məscidi dini icmasının “Azərbaycanda İslam ənənələri” layihəsi çərçivəsində “Qadın hüquqları: milli dünya görüşümüz və islam ənənəsi perspektivində” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala RİH başçısının Üçüncü Tala kənd inzibati ərazi üzrə nümayəndəsi Ülviyyə Mahmudova, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icmanın sədri Hudul Dadalov və kəndin ictmaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısının Üçüncü Tala kənd inzibati ərazi üzrə nümayəndəsi Ülviyyə Mahmudova Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə danışıb.
Daha sonra çıxış edən dini icmanın sədri Hudul Dadalov bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilir. O dinə və dindarlara göstərilən diqqət və qayğıya görə Przident İlham Əliyevə təşəkkürünü bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov Azərbaycan qadınının hər zaman cəmiyyətimizdə fəal mövqe tutduğunu söyləyib. O, həmçinin müasir inkişaf yolu tutan Azərbaycanda qadınların milli-dini dəyərlərə əhəmiyyət verdiyini, mövhumata, cəhalətə, dini radikalizmə qarşı olduğunu vurğulayıb.
Qızların təhsil almasının vacibliyinə diqqət çəkən natiq ziyalı qadınların bu cür məsələlərdə aktiv olmalarına böyük ehtiyac olduğunu söyləyib.