31.10.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Oğuz rayon Tərkeş kənd məscidi dini icmasının “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” layihəsi çərçivəsində Sincan kənd orta məktəbində növbəti dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Taleh Abdullayev və Elvin Qarayev, Tərkeş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, Sincan kənd orta məktəbin direktoru Ələddin Həbibullayev və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Əlisəfa Dursunov layihə haqqında məlumat verib, keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından ətraflı bəhs edib. Həmçinin qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və İslam həmrəyliyi ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
Tədbirdə o da qeyd olunub ki, dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği vacib məsələdir.
Daha sonra “Şəhadət” adlı sənədli film nümayiş olunub.

.jpg)

