06.10.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayon Yenicə kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini ekstremizm və radikalizmə “YOX” deyir” layihəsi çərçivəsində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşı Tural Ələkbərov, Yevlax Rayon İcra Hakimiyyəti (RİH) başçısının Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədov, Xaldan kənd bələdiyyəsinin sədri Akif Pirməmmədov, Xaldan kənd Cümə məscidi dini icmasının sədri Vaqif Xəlilov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax rayon Xaldan kənd Cümə məscidi dini icmasının sədri Vaqif Xəlilov ilk növbədə dini icmalara ayrılmış layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu cür maarifləndirmə tədbirlərinin sayının artırılmasının əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini radikalizmin fəsadlarından bəhs edərək ona qarşı birlikdə mübarizənin vacibliyini qeyd edib dini radikalizmin yaranma səbəbləri, yayılma metodları və onunla mübarizə üsulları barədə tədbir iştrakçılarını məlumatlandırıb. Dini radikalizmə qarşı mübarizə çərçivəsində islami dəyərlərin və xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinin əhəmiyyətindən danışan şöbə müdiri, həmçinin DQİDK tərəfindən nəşr olunan və ya Komitənin icazəsi ilə nəşr olunan və çapına icazə verilmiş dini kitablardan istifadə etməyin zəruriliyini vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən Yevlax RİH başçısının Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədov tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurma baş vermədiyini bildirərək Azərbaycan həmrəyliyi və tolerantlığı modelinin dünyada nümunə olduğunu qeyd edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran sualar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.






.jpg)