Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.10.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Oktyabrın 4-də Yevlax rayon Yenicə kənd məscidi dini icmasının “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir” layihəsi çərçivəsində Yevlax rayon Yenicə kənd məscidində “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Yevlax rayon Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Əlisa Fərəcov və Tural Ələkbərov, din xadimləri, dindarlar və gənclər iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax rayon Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev çıxışında dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib və eləcə də bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurma baş vermədiyini bildirən icma sədri Azərbaycan həmrəyliyi və tolerantlığı modelinin dünyada nümunə olduğunu qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən və DQİDK-nın dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti və nəticələri barədə məlumat verib. Daha sonra mövzu ilə bağlı Yevlax rayon Yenicə kənd məscidi dini icmasının üzvü Firuz Rəsulov, Ərəş kənd məscidinin imamı Rza İsmayılov, Yevlax rayon Xaldan kənd məscidi dini icmasının sədri Vaqif Xəlilov və Xanabad kənd məktəbinin direktoru Eyyub Hacıyev çıxış ediblər. Natiqlər İslam həmrəyliyinin təbliğatının artırılması, xüsusilə gənclər arasında maarifləndirmənin aparılmasının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə hərkəsin səylə çalışmalı olduğunu bildiriblər.