Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Sentyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icmasının “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının sədri Akif Hüseynov, Şamaxı RİH başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Abdulrazaqov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.            
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxışında Azərbaycanda təkcə dinlərarası deyil, məzhəblərarası münasibətlərdə də həmişə qardaşlıq, tolerantlıq və birlik prinsiplərinin hakim olduğunu vurğulayıb. Bildirib ki, humanist prinsiplərin önə çıxarılması bir daha onu göstərir ki, həmrəylik və vəhdət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Şamaxı RİH başçısı Aparatının nümayəndəsi İsmayıl Manafov ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələrinin sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Daha sonra Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının sədri Akif Hüseynov, Adnalı kənd məscidi dini icmasının sədri Ramil İsrayılov İslam dininin həmrəylik, dostluq və qardaşlıq dini kimi ülvi dəyərlərin daşıyıcısı olması barədə çıxış ediblər.
Sonda  tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.