26.09.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Sentyabrın 26-da Sabirabad rayon Bulaqlı kənd şəhid Vüqar Əliyev adına tam orta məktəbində “İslam həmrəyliyi-dini vəhdətə çağırış” layihəsi çərçivəsində “Vətən sevgisi və vətənpərvərliyin tərənnümü” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın əməkdaşı Namiq Talıbov, DQİDK-nin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov ,həmin şöbənin əmkəkdaşı Elvin İbrahimov, Sabirabad rayon Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov, Sabirabad rayon Bulaqlı kənd Vüqar Əliyev adına tam orta məktəbin direktoru Elşad Mühəddinov, həmin məktəbin müəllimləri Səadət Ağayeva, Yeganə Cəfərova və yuxarı sinif şagirdləri iştirtak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Natiq bildirib ki, Vətəni qorumaq hər birimizin milli-mənəvi borcudur.
DQİDK-nin əməkdaşı Namiq Talıbov isə bildirib ki, gənclər arasında Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq qarşıda duran əsas məsələlərdəndir və Vətəni sevmək, onu qorumaq çox önəmlidir. Bunun üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar.
Daha sonra çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov vurğulayıb ki,Vətən müqəddəs dəyərlərin yarana biləcəyi məkanın ifadəsidir və hər bir gənc birlik, bərabərlik ruhunda tərbiyə olunmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
.jpg)
