01.03.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xətai rayonu “Mirtağı” məscidi dini icması tərəfindən “Multikulturalizm Azərbaycanda həyat tərzidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Aslan Sultanov, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, “Mirtağı” məscidi dini icmasının sədri Mircəfər Nəsirov, məscidin axundu Səlim Kərimov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mircəfər Nəsirov keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan qayğısı kimi qiymətləndirən icma sədri bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov çıxışında multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu və ölkəmizin beynəlxalq aləmdə tolerant və multikultural bir dövlət olaraq tanındığını vurğulayıb.
Daha sonra məscidin axundu Səlim Kərimov və başqalarının “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusunda çıxışları dinlənilib.
Daha sonra məscidin axundu Səlim Kərimov və başqalarının “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusunda çıxışları dinlənilib.
Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb. Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımına əsasən keçirilib.
.jpg)
(114).jpg)
(129).jpg)