Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.09.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “İslamda tolerantlıq və vəhdət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı şəhər “Cümə” məscidi “Mərkəz” dini icmasının sədri Akif Hüseynov, Təklə-Mirzəbaba kənd məscidi dini icmasının sədri Elman Qayıbovvə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda İslamın tolerant din olması, xalqımızın da tarixən İslamla birgə tolerantlıq ənənələrini yaşatması, onu gündəlik həyat normasına çevirməsi qeyd edilib. Həmçinin bildirilib ki, kökdən gələn tolerantlıq ənənələri vəhdət amili ilə birləşərək ümumi tolerantlıq modelini formalaşdırıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.