Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.08.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “İslamda həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq Məmmədov, dini icmanın sədri Elman Qayıbov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 Çıxışlarda İslam dininin humanizm, dözümlülük xüsusiyyətləri aşıladığı, habelə  insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşür.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.