Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbə “Rəsulullah” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - dini radikalizmdən xilas yolu” layihəsi çərçivəsində “Azərbaycanda dövlət – din münasibətlərinin keçmişi, bugünü  və  gələcəyi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Orucov, “Rəsulullah” məscidi dini icmasının sədr müavini Mirkazım Kazımlı, Abşeron rayon Polis İdarəsinin ərazi üzrə sahə inspektoru, polis mayoru Təvəkkül Cəbrayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məscidin axundu Mirkazım Kazımlı mövzu ilə əlaqədar tədbir iştirakçılarına məlumat verib və bu cür maarifləndirici tədbirlərin dövlətin dini icmalara bariz dəstəyinin sübutu olduğunu vurğulayıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov dini dəyərlərin hər zaman harmoniya şəklində inkişaf etdiyini və tarixin heç bir dövründə radikallığın və dini ayrı-seçkiliyin xalqımız arasında özünə yer tapmadığını bildirib.
Abşeron rayon Polis İdarəsinin ərazi üzrə sahə inspektoru, polis mayoru Təvəkkül Cəbrayılov və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.