Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.07.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşı” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, dini icma sədri Ələkbər İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını, onlarla dialoqa,  əməkdaşlığa önəm verdiyini bildirib, “İslam Həmrəyliyi İli” çərçivəsində radikalizm və ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Məzhəb ayrı-seçkiliyinin  müsəlman ölkələrində törətdiyi fəsadları qeyd edən Q.Məmmədov dini radikalizmə qarşı ölkədə həyata keçirilən bu cür maarifləndirici tədbirlərin xalqımızın gələcəyi üçün əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə ölkəmizdə tarixən tolerant, multikultural münasibətlərin, birlik, vəhdət və həmrəylik mühitinin mövcud olduğunu bildirərək Azərbaycanın  İslam aləmındə qazandığı nüfuzu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İcma sədri Ələkbər İsayev və başqaları çıxışlarında gənc nəslin mənəvi-əxlaqi tərbiyəsində mühüm əhəmiyyəti olan dini maarifləndirmə tədbirlərini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.