Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2016

Prezidentin Sərəncamı uğurla icra olunur

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir. Dekabrın 20-də Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən “Tolerant ənənələrin qorunub saxlanılması” layihəsi çərçivəsində “Tolerant cəmiyyət və dini ekstremizm təhlükəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi  Anar Şahbazov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, dindarlar və dini icmaların nümayəndələri iştirak ediblər.
Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov isə çıxışında  Azərbaycanda mövcud olan tolerantlıq dəyərlərindən və bu dəyərlərin dünyaya nümunə olmasından bəhs edib.
Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi  Anar Şahbazov, İdarənin baş məsləhətçisi Aydın Qasımov və başqaları çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərin təbliğinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.