14.07.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 13-də Oğuz rayon Bayan kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihəsi çərçivəsində Oğuzda növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Oğuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Bayan kənd məscidi dini icmasının sədri Arif Nəzərov, icma üzvləri, din xadimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev mövzunun əhəmiyyətindən danışıb.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov çıxış edərək dini radikalizmin islam həmrəyliyinə təhdid yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov bildirib ki, dini radikalizm və onun vurduğu zərərlər problemli məsələlərdəndir. R.Əsgərov, eyni zamanda, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması istiqamətində görülən işlər barədə də məlumat verib.
Oğuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev isə çıxışı zamanı vurğulayıb ki, müasir dünyanın mübtəla olduğu radikalizm və islamofobiyaya qarşı mübarizədə hər kəs fəal olmalıdır.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.