07.07.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yengiyan kənd məscidi dini icması tərəfindən “İslam dininin mədəniyyətimizdəki yeri və rolu” layihəsi çərçivəsində “İslam dininin mədəniyyətimizə təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərvin Əliməmmədov, dini icmanın sədri Abdurahman Bilalov və kənd dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Abdurahman Bilalov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə çıxışında İslam tarixindəki həmrəylik nümunələrindən bəhs edib. O, müasir dövrdə dünyada dini zəmində baş verən hadisələrə diqqət çəkib, buna qarşı mübarizədə həməylik mühitinin yaradılmasının önəmini vurğulayıb. Natiq dövlətin ölkədəki həmrəylik və tolerant mühitin qorunmasında və bu mühitin gələcək nəsillərə çatıdırılması istiqamətində gördüyü işlərdən danışıb.
QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov da öz növbəsində sahib olduğumuz milli-dini dəyərlərin İslam mədəniyyətinin tərkib hissəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən həyata keçirilib.