Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.06.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

İyunun 20-də İmişli rayonu Şahverdili kənd şəhid Fikrət Cəbrayılov adına tam orta məktəbdə “Mill-mənəvi dəyərlərimiz və  müasirlik” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərin inkişafında təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları, İmişli  rayon Şahverdili kənd  “Əhli-beyt”  məscidi dini icmasının sədri Elnur Abbasov, orta məktəbin direktoru Xurşud Əliyeva, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli rayonu Şahverdili kənd “Əhli-beyt” məscidi dini icmasının sədri Elnur Abbasov çıxış edərək, milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Natiq dini maarifləndirmə sahəsində həyata keçirilən bu cür tədbirlərin  müsbət nəticələrini  xüsusi qeyd edib.
Daha sonra çıxış edən məktəbin direktoru Xurşud Əliyeva vurğulayıb ki, gənclərimizin  radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində  müəllimlərin üzərinə böyük vəzifələr düşür.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara Dövlət Komitəsi tərəfindən çap olunmuş dini təyinatlı ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.