Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.06.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

İyunun 16-da İmişli şəhər məscidi dini icmasında “Mill-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşları, İmişli şəhər məscidi dini icmasının sədri Adıgözəl Bəşirov, dini icma üzvləri, ziyalılar ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli şəhər məscidi dini icmasının sədri Adıgözəl Bəşirov zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətdə mənfi meyillərin aradan qaldırılmasında əxlaqi dəyərlərin, düzgün şəkildə dünyəvi və dini savadlanmanın rolunun böyük olduğunu diqqətə çatdırıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələrdən danışaraq bu dəyərlərin qorunmasının vacibliyi haqqında söhbət açıb. Natiq, eyni zamanda gənc nəslin sağlam ruhda böyümələri, zərərli vərdişlərdən qorunmaları istiqamətində hər kəsin əməli fəaliyyət göstərməsinin, bu istiqamətdə təbliğat işlərinin daha da gücləndirməlisinin vacibliyini vurğulayıb.
Sonda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
                                                                                                                                                                                                                          ***                 ***             ***
İyunun 16-da digər maarifləndirmə tədbiri İmişli rayon Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasında “İslamda sülh və həmrəylik çağrışları” layihəsi çərçivəsində ”İslam həmrəyliyinin dini radikalizmlə müabrizədəki rolu” mövzusunda baş tutub. 
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli rayon Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirtak ediblər.  
Tədbiri giriş sözü ilə açan İmişli rayon Cəfərli kənd “İmam Hüseyn”  məscidi dini icmasının sədri Abil Süleymanov, İslam həmrəyliyinin dini radikalizm və ekstremizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İslam dininin bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını, onlarla dialoqa, əməkdaşlığa önəm verdiyini bildirib, eyni zamanda “İslam Həmrəyliyi İli” çərçivəsində radikalizm və ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Çıxış edən kənd ziyalısı Salman Süleymanov 2017-ci ilin “ İslam Həmrəyliyi İli ”elan edilməsi barədə fikirlərini bölüşərək, bunun İslam dininə və milli - mənəvi dəyərlərimizə göstərilən diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.