Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.06.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

İyunun 11-də Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihəsi maliyyələşdirilmiş Lerik rayonu Lüləkəran  kənd məscidi dini icması tərəfindən növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Kəlvəz kənd məscidinin din xadimi Habil Quliyev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov bildirib ki, İslam dünyasında birliyin, həmrəyliyin möhkəmlənməsi, qarşıdurmaların aradan qaldırılması üçün Azərbaycan cəsarətli addım atıb. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi özlüyündə dünyaya ölkəmizin simasında həmrəy İslam cəmiyyəti modelini təqdim edib. A.Həsənov “İslam Həmrəyliyi İli” çərçivəsində radikalizm və ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Daha sonra çıxış edənlər isə ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlərin əhəmiyyətindən danışıblar.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşr etdirdiyi dini təyinatlı ədəbiyyatlar paylanılıb.