Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.06.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin dəstəyi ilə Sabirabad rayon İ.Mirzəyev adına  Bulduq kənd tam orta məktəbində  “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz gənclərin vətənpərvərlik tərbiyəsinin mühüm mənbəyi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayon Bulduq kənd məscidi dini icmasının sədri Şamil Həsənov, kənd tam orta məktəbin direktoru Sahib İmanov, müəllimlər və şagirdlər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bulduq kənd məscidi  dini icmasının sədri Şamil Həsənov bildirib ki, Azərbaycan xalqı gənc nəslin Vətənə məhəbbət və adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük önəm verib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşr etdirdiyi dini təyinatlı ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.