Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2017

Prezidentin Sərəncamı uğurla icra olunur

Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Muxax kənd məscidi dini icması “Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri” layihəsi çərçivəsində “İslam həmrəyliyinin tolerant mühitin formalaşmasındakı rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əmakdaşı Anar Məcidzadə, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulkərim Şabanov,  kənd bələdiyyəsinin sədri Valeh Abdullayev, dini icmanın sədri Abdurahman Rəcəbov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Abdurahman Rəcəbov mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə bildirib ki, Azərbaycan hər zaman tolerantlıq mühitinin təşəkkül tapmasına, sivilizasiyalararası dialoqun qurulmasına, eləcə də islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Natiq onu da vurğulayıb ki, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin İslam həmrəyliyinə verdiyi önəmin bariz göstəricisidir. A. Məcidzadənin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən bu ilin respublikamızda “İslam həmrəyliyi ili” elan edilməsi də bütün bunların məntiqi davamıdır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə isə çıxışında İslam tarixindəki həmrəylik nümunələrindən bəhs edib. O, dövlətin həmrəylik və tolerant mühitin qorunmasında və bu mühitin gələcək nəsillərə çatıdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev rayonda tarixən mövcud olan həmrəy və tolerant mühitdən danışıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.