24.05.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Mayın 23-də Cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən layihəsi maliyyələşdirilmiş Lerik rayonu Lüləkəran kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Cəngəmiran kənd məscidi dini icmasının sədri Adil Səmədov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Lüləkəran kənd tam orta məktəbin müəllimi Əfqan Quliyev, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin sülh, həmrəylik və birlik dini olduğunu qeyd edərək, ənənəvi islami dəyərlərin təbliğ olunmasının dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov və başqaları çıxışlarında humanist və sülhsevər ideyalarla, dəyərlərlə zəngin olan İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyindən, dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin gücləndirilməsinin əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.