08.05.2017
Prezidentin Sərəncamı uğurla icra olunur
Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Şərəfə kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və vəhdət” adlı layihə çərçivəsində “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları,Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şərəfə inzibati ərazi nümayəndəliyinin əməkdaşı Cavid Ziyadzadə, Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, bu gün Azərbaycandakı dövlət-din münasibətləri modeli bütün dünyaya nümunədir. Natiq qeyd edib ki, ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.
Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, ağsaqqallar Ağa Kərimov, Mehdi Mehdiyev və başqaları çıxışlarında Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə və xüsusən də dini dəyərlərə verdiyi önəmdən danışıblar. Natiqlər ölkəmizin İslam həmrəyliyi istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
(144).jpg)
(73).jpg)
(143).jpg)
(156).jpg)