Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.02.2016

Prezidentin Sərəncamı uğurla icra olunur

Fevralın 29-da Qəbələ şəhər dindarlarının məscidi dini icmasının “Dini radikalizm və gətirdiyi fəsadlar” layihəsi çərçivəsində “Dini radikalizm və ona aparan yollar” mövzusunda tədbir keçirilib. Tədbirdə Qəbələ rayonunda fəaliyyət göstərən dini icma rəhbərləri, imamlar, rayon ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəbələ şəhər Cümə məscidinin nümayəndəsi Taleh Şirinov layihənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirildiyini, müasir dövrümüzdə mövzunun əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Mahir Qəniyev milli-mənəvi dəyərlərimiz, dini radikalizmin fəsadları, radikal-ekstremist ünsürlərin cəmiyyətimiz, dövlətçiliyimiz üçün yaratdığı təhlükələr və dini sahədəki digər aktual məsələlər barədə ətraflı çıxış edib.
Daha sonra DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlətin dini qurumlara göstərdiyi qayğı və diqqətdən və dini icmaların ölkədə maarifçilik işinin təşkilində oynadığı mühüm roldan danışıb.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
 ***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fevralın 29-da Sabirabad rayon Bulaqlı kənd məscidi dini icmasında “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Ələkbər Quliyev, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş Quliyev Vüqar Hacıağa oğlunun valideynləri, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov layihənin keçirilməsinin məqsədindən danışaraq bildirib ki, bu cür layihələr gənclərin milli ruhda böyüməsinə kömək edir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov  tədbirdə geniş məruzə ilə çıxış edib. Azərbaycan xalqının qəhrəmanlıq tarixi barədə danışan Cavanşir Bəhrəmov daha sonra ölkədəki dini durum barədə məlumat verib, dövlətin dinə, xüsusən də şəhid ailələrinə qayğısından bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
*** 
Fevralın 29-da Qazax “Cümə “ məscidi dini icması “İslam öyüd-nəsihət və vəhdət dinidir” mövzusunda Qazax “Cümə “ məscidində dindarlarla tədbir keçirilib.
Tədbiri Cümə məscidinin dini icmasının sədri İlham Süleymanov açaraq İslam dininin birlik və bərabərlik dini olduğundan danışıb. O qeyd edib ki, İslam adı altında fəaliyyət göstərən radikallarla İslam dininin heç bir əlaqəsi yoxdur. İslama elmi cəhətdən yanaşmaq lazımdır.
Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin Tovuz bölgəsinin şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev ölkədəki dini durum, dövlətin dinə göstərdiyi qayğı barədə tədbir iştirakçılarını məlumatlandırıb. O bildirib ki, Azərbaycan müstəqilik qazandığı dövrdən indiyə qədər yüzlərlə məscid tikilərək dindarların istifadəsinə verilib. Natiq İslam dinini radikalizmə sürükləmək və terrorla əlaqələndirmək meyillərinin artmasından da bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb.